"WhatsApp" istifadəçilərini sevindirəcək yeni funksiya

15:23 - 29 May 2025

\"WhatsApp\" istifadəçilərini sevindirəcək yeni funksiya

"WhatsApp" istifadəçilərini sevindirəcək yeni funksiya sınaq mərhələsindədir.


Manset.az-ın əldə etdiyi məlumata görə, artıq hesabı silmədən messencerdən müvəqqəti çıxmaq mümkün olacaq.

Mesajlaşma platformasının son beta versiyası – v2.25.17.37 – istifadəçilərə “çıxış” adlı yeni seçim təqdim edir. Bu funksiya vasitəsilə tətbiqdən tam silinmədən, sadəcə istifadəyə fasilə vermək mümkün olacaq.

Yeni funksiya ilə bağlı olaraq "WhatsApp" parametrlər bölməsinə iki yeni seçim əlavə ediləcək:

  1. Məlumatları silməklə çıxış – Bu rejimdə tətbiqdən tam çıxış edilir, proqram silinir və bütün lokal məlumatlar silinir. Buna baxmayaraq, istifadəçi daxil olduğu qruplardan çıxarılmır.

  2. Məlumatları qoruyaraq çıxış – Bu seçim istifadəçiyə söhbətləri və qrup üzvlüyünü qorumaqla tətbiqdən çıxmağa imkan verir. Sonradan tətbiqə qayıtmaq üçün sadəcə yenidən daxil olmaq kifayət edəcək.

Hazırda bu funksiya sınaqdan keçirilir və yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv