Əfqanıstanın Hilmənd əyalətindəki mübahisəli Bəhramça sərhəd rayonunda Əfqanıstan və Pakistan arasında döyüşlər başlayıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
"Pakistan tərəfində yeni sərhəd nəzarət-buraxılış məntəqələrinin tikintisi fonunda Əfqanıstanın Hilmənd əyalətində sərhəd boyu Pakistan qoşunları və taliblər arasında toqquşmalar baş verib", - deyə məlumatda bildirilir.