Bu məhsullarda narkotik aşkarlandı 

09:44 - 30 May 2025

Bu məhsullarda narkotik aşkarlandı 

Almaniyada yerləşən məşhur şirniyyat istehsalçısı Haribo, Hollandiyada satışa çıxarılan bəzi məhsullarında narkotik maddə aşkarlanmasından sonra həmin ölkədəki bütün məhsullarını geri çağırıb.



Manset.az-ın əldə etdiyi məlumata görə, Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) qeyd edib ki, bir ailə Haribo-nun 1 kiloqramlıq "Happy Cola F!ZZ" adlı məhsulunu qəbul etdikdən sonra başgicəllənmə kimi sağlamlıq problemləri ilə üzləşib.

Aparılan araşdırmalar nəticəsində həmin məhsullarda sirr (kannabis) izləri aşkarlanıb.

NVWA bildirir ki, üç fərqli paketdə narkotik maddə izləri müəyyən olunub. Bununla əlaqədar Haribo rəhbərliyi ehtiyat tədbiri olaraq Hollandiyada satışda olan bütün məhsullarını bazardan geri çəkmək qərarı verib. Qeyd edilir ki, geri çağırılan məhsulların son istifadə tarixi 2026-cı ilin yanvar ayına qədərdir.

Mövzu ilə bağlı BBC-yə açıqlama verən Haribo rəsmiləri hadisəni "son dərəcə ciddi" qiymətləndiriblər. Bildirilib ki, məhsullarda aşkarlanan çirklənmənin mənbəyi ilə bağlı hüquq-mühafizə orqanları ilə birgə genişmiqyaslı araşdırma aparılır. Şirkət, sözügedən məhsulların həqiqətən Haribo tərəfindən istehsal olunub-olunmaması və ya saxta məhsul olub-olmaması məsələsinin də araşdırıldığını vurğulayıb.

Haribo nümayəndələri əlavə ediblər ki, geri çağırılma yalnız Hollandiya bazarına aiddir və digər ölkələrdə satışda olan məhsullar təhlükəsizdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv