ABŞ Çinli tələbələr üçün vizaları ləğv edir 

10:42 - 30 May 2025

ABŞ Çinli tələbələr üçün vizaları ləğv edir 

ABŞ dövlət katibi Marko Rubio Çin və Honq Konqdan olan tələbələr üçün vizaların ləğv ediləcəyini açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, qərar, Çin Kommunist Partiyası ilə əlaqəsi olan və ya strateji sahələrdə təhsil alan tələbələri əhatə edəcək.

ABŞ rəsmiləri bildiriblər ki, bu addım Çinlə davam edən ticarət mübahisələrinin təsiri ilə atılıb və məqsəd ABŞ-nin maraqlarını qorumaqdır. Onların sözlərinə görə, bəzi çinli tələbələr əqli mülkiyyət oğurluğunda ittiham olunur.

Çin Xarici İşlər Nazirliyi qərarı “ədalətsiz” adlandırıb və buna qəti etiraz etdiyini bəyan edib.

Hazırda ABŞ-də təhsil alan xarici tələbələrin təxminən 25%-i çinlidir. Yeni məhdudiyyətlərdən sonra çinli tələbələrin Avropa və Britaniyaya yönələcəyi gözlənilir.

Eyni zamanda, Tramp administrasiyası Çinə qarşı 145%-lik gömrük rüsumu tətbiq etmiş, lakin bu rüsum mayın 14-dən 90 günlüyə dayandırılmışdı. Xarici tələbələrə və universitetlərə də təzyiqlər artıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv