Binanın anbarında 3 nəfərin skeleti tapıldı

13:12 - 30 May 2025

Binanın anbarında 3 nəfərin skeleti tapıldı

İzmirin Bornova rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülməsi planlaşdırılan binanın zirzəmisində insan sümükləri tapılıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, bir müddət əvvəl boşaldılan binaya daxil olan şəxslər zirzəmidə üç ayrı torbada 3 nəfərə aid olduğu ehtimal edilən kəllə və digər sümük parçalarını aşkarlayıblar. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə ilə bağlı danışan qonşular Sertan Güroğlu və Mesude Güroğlu bildirib ki, bina sahibi təqaüdçü həkim olub. Onların sözlərinə görə, əvvəllər binanın mərtəbələri tibb tələbələrinə kirayə verilirdi. Bu səbəbdən tapıntılar onların beynində sual işarəsi yaradıb.

Faktla bağlı araşdırma davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv