Məşhur müğənni vəfat etdi - FOTO

14:47 - 30 May 2025

Məşhur müğənni vəfat etdi - FOTO

Dörd ildir xərçənglə mübarizə aparan məşhur müğənni Şimal Gülən vəfat edib.



Manset.az Haber Globala- a istinadən xəbər verir ki, sənətçi 39 yaşında dünyasını dəyişib.

Şimal 2021-ci ildə döş xərçəngi diaqnozu ilə müalicəyə başlamış və bir müddət sonra xəstəliyi məğlub etdiyini açıqlamışdı. Lakin 2024-cü ildə keçirilən müayinələr zamanı onun beynində şiş aşkarlanıb. Sənətçi 8 saat davam edən çətin əməliyyatdan sonra həyat mübarizəsini davam etdirib.

Mayın 4-də səhhəti kəskin pisləşən Şimal xəstəxanaya yerləşdirilərək reanimasiya şöbəsində müalicə olunub. Daha öncə üç dəfə metastazla qarşılaşan sənətçidən bu gün acı xəbər gəlib. 

Onun sosial media hesabında yayılan açıqlamada bildirilib:

“Şimal Gülən vəfat edib. Onun dəfn mərasimi Kuşadasında keçiriləcək. Məkanla bağlı əlavə məlumat veriləcək.”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv