Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 60 terrorçu məhv edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, ordu sözçüsü Onyinyeçi Anele verdiyi açıqlamada bildirib ki, səhər saatlarında Borno əyalətinin Bita bölgəsində havadan və qurudan əməliyyatlar aparılıb. Əməliyyatlarda 60 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən Boko Haram 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insanın həyatını itirməsinə səbəb olub.
Terror təşkilatı 2015-ci ildən başlayaraq ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar təşkil edir. Xüsusilə Çad gölü hövzəsindəki hücumlarda ən az 2000 nəfərin həyatını itirdiyi bildirilir.
Ölkədə baş verən terror aktları və davam edən münaqişələr nəticəsində yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.