Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatdı

21:41 - 01 İyun 2025

Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.


Manset.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.

    Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.

    İsrailin Qəzza zolağında martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından indiyədək 4149 fələstinli həlak olub, 12149 fələstinli isə yaralanıb.

    Nazirlik bəzi cəsədlərin hələ də dağıntılar altında olduğunu bildirib.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv