"Çocuklar Duymasın" serialında canlandırdığı "Havuç" obrazı ilə tanınan aktyor və müğənni Furkan Kızılay ailə həyatı qurub.
Manset.az xəbər verir ki, 34 yaşlı sənətçi uzun müddətdir birlikdə olduğu sevgilisi Tutku Yılmazla evlənib. Cütlük iyunun 1-də münasibətlərini rəsmiləşdirərək nikah masasına oturub.
Kızılay daha əvvəl sevgilisinə Parisdə evlilik təklifi etmişdi. Həmin anlara dair görüntülər sosial mediada geniş yayılıb. Bundan bir müddət sonra cütlük nişanlanmış və nişan fotolarını da sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb. Kızılay paylaşımına "Sonsuza qədər" qeydi əlavə edib.
Qeyd edək ki, Furkan Kızılay 2002-ci ildən etibarən yayımlanan və Türkiyə televiziyasının kult layihələrindən biri sayılan "Çocuklar Duymasın" serialı ilə geniş tamaşaçı kütləsi qazanıb.