Türkiyənin Sinopun əyalətində dövlət xəstəxanasının təcili yardım otağında partlayış baş verib.
Manset.az xəbər verir ki, hadisə nəticəsində xəstəxana təxliyə edilərək, bir tibb bacısı yaralanıb.
20 çarpayılıq xəstəxananın təcili yardım şöbəsində baş verən partlayış sonrası dərhal yanğınsöndürən və polis əməkdaşları hadisə yerinə gəlib.
Partlayışın kimyəvi maddələrdən qaynaqlandığı ehtimal olunur.
Hadisə ilə bağlı xəstəxana ehtiyat tədbiri olaraq tamamilə təxliyə olunub, təhlükəsizlik qüvvələri isə ətrafda mühafizə tədbirləri görür. Hadisənin səbəbləri araşdırılır.