Alimlər Yerdə oksigenin tükənəcəyi tarixi açıqladılar

12:41 - 02 İyun 2025

Alimlər Yerdə oksigenin tükənəcəyi tarixi açıqladılar

Yaponiyanın Toho Universiteti və ABŞ-nin Corciya Texnologiya İnstitutunun alimləri Yer atmosferində baş verəcək mühüm dəyişikliklə bağlı araşdırma aparıblar.



Manset.az-ın əldə etdiyi məlumata görə, təxminən 1 milyard il sonra Yer kürəsində atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə azalacaq.

Alimlərin fikrincə, oksigenin tükənməsi Günəşin artan parlaqlığı nəticəsində suyun buxarlanmasından və okeanların qurumasından əvvəl baş verəcək. Bu isə bəşəriyyət də daxil olmaqla, oksigenlə nəfəs alan canlıların sonu demək olacaq.

“Uzun illərdir ki, Yer kürəsində həyatın ömrü Günəşin parlaqlığının artması və geokimyəvi dövrlərlə ölçülürdü. Lakin apardığımız model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir”, – deyə araşdırma müəlliflərindən biri, Kazumi Ozaki bildirib.

Tədqiqatda qeyd olunub ki, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi ömrünün cəmi 20-30 faizini təşkil edəcək. Oksigenin itməsindən sonra bitkilər və fotosintetik orqanizmlər məhv olacaq, ancaq anaerob – yəni oksigensiz şəraitdə yaşaya bilən mikroorqanizmlər mövcudluğunu davam etdirə biləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv