Namibiyada tanınmış təbiət mühafizəçisi və iş adamı Bernd Kebbel aslanın hücumuna məruz qalaraq həyatını itirib. Hadisə ölkənin şimal-qərbində yerləşən Kunene bölgəsində baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı Kebbel həyat yoldaşı Conny Kebbel və dostları ilə birlikdə kampda olarkən, gecə saatlarında avtomobilin üstündə quraşdırılmış çadırda yatan həyat yoldaşını tərk edərək tualet ehtiyacını ödəmək üçün çölə çıxıb. Həmin an dişi aslanın hücumuna məruz qalıb.
Polis tərəfindən hadisə yerində aparılan araşdırmalara əsasən, Bernd Kebbel boynundan aldığı dişləmə nəticəsində dünyasını dəyişib.
Bernd Kebbel xüsusilə Namibiyadakı səhrə aslanlarının qorunması yönündə apardığı fəaliyyəti ilə tanınırdı.