"Meta" bu sahədə süni intellektdən istifadə edəcək

16:07 - 02 İyun 2025

\"Meta\" bu sahədə süni intellektdən istifadə edəcək

“Instagram” və “WhatsApp” kimi platformaların sahibi olan Meta, məhsul təhlükəsizliyi proseslərində mühüm dəyişiklik edərək risk qiymətləndirmələrinin böyük hissəsini insanlardan süni intellektə ötürür.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin yeni strategiyasına əsasən, inkişaf etdirilən məhsul və ya funksiyaların yaratdığı potensial risklər süni intellekt sistemləri tərəfindən analiz ediləcək və əlaqəli komandalar bu barədə dərhal məlumatlandırılacaq.

Meta-nın planına görə, təhlükəsizliklə bağlı aparılan qiymətləndirmələrin təxminən 90 faizi artıq avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçiriləcək. Bu da məhsulların daha sürətli və sistematik şəkildə təhlükəsizlik yoxlamasından keçməsinə imkan yaradacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv