Ukrayna Rusiya ilə növbəti görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib.
Manset.az xəbər verir ki, bu barədə İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov məlumat verib.
“Biz görüşün iyunun 20-dən 30-dək olan müddətdə keçirilməsini təklif etdik. Rusiya ilə növbəti görüş yalnız liderlər səviyyəsində hazırlıq olduğu təqdirdə məna kəsb edəcək. Ayın sonuna qədər qarşı tərəfdən cavab gözləyirik. Bundan əlavə, həlak olmuş 6 min hərbçimizin meyitlərinin geri qaytarılması barədə də razılıq əldə olunub”, – deyə o, "Rada" telekanalının yayımladığı mətbuat konfransında bildirib.