İğdırda “İğdırspor”un gənclər komandasında çıxış edən 15 yaşlı futbolçu Əli Haydar Gürel motosiklet qəzası nəticəsində dünyasını dəyişib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gün Qaraqoyunlu rayonunun Taşburun kəndi yaxınlığında baş verib.
Əli Haydar Gürelin idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Yerli sakinlər dərhal hadisə yerinə təcili tibbi yardım xidmətini çağırıblar.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Əli Haydar Gürelin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, o, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.