Hollandiyada Haribo markalı "Happy Cola F!ZZ" konfetlərinin tərkibində narkotik maddə aşkar edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tvente bölgəsində bir neçə nəfərin bu konfetləri yedikdən sonra halının pisləşməsi ilə araşdırma başlanıb.
Müayinələr zamanı məhsullarda narkotik maddənin olması təsdiqlənib.
Şirkət baş verənləri “ciddi məsələ” adlandırıb və L341-4002307906 istehsal kodlu, 2026-cı ilin yanvarına qədər istifadə müddəti olan məhsulları geri çağırıb. Həmin konfetlərin Belçika və Lüksemburqda da satıldığı məlum olub və bu ölkələrdə də geri çağırılma prosesi başladılıb.
İstehlakçılara bu məhsulları istifadə etməmək tövsiyə olunub. Hadisə ilə bağlı həm polis, həm də qida təhlükəsizliyi orqanları araşdırma aparır.