Fil supermarketə girərək qəlyanaltıları yedi - VİDEO

12:56 - 03 İyun 2025

 Fil supermarketə girərək qəlyanaltıları yedi - VİDEO

Taylandın Nakhon Ratchasima əyalətində yerləşən "Khao Yai" milli parkının yaxınlığında maraqlı hadisə baş verib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, "Plai Biang Lek" adlı fil ərazidəki bir supermarketə daxil olaraq rəflərdəki qəlyanaltıları yeyib.

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə filin mağazaya çətinliklə daxil olduğu və təxminən 10 dəqiqə ərzində müxtəlif qidaları yediyi görünür. Hadisə zamanı mağazaya xeyli maddi ziyan dəyib.

Mağaza sahibi Ploy bildirir ki, fillər bu ərazidən vaxtaşırı keçsələr də, bu, ilk dəfədir ki, onlardan biri mağazaya daxil olub.

Məlumata görə, yerli sakinlərin və milli park rəhbərliyinin tanıdığı Plai Biang Lek adlı bu fil uzun illərdir həmin ərazidə yaşayır, lakin bu cür hadisəyə ilk dəfə təsadüf edilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv