Məşhur aktyor qonşusu tərəfindən öldürüldü - FOTO

13:28 - 03 İyun 2025

Məşhur aktyor qonşusu tərəfindən öldürüldü - FOTO

ABŞ-nin Texas ştatının San Antonio şəhərində “King of the Hill” serialında Con Redkorn obrazını səsləndirən aktyor 61 yaşlı Conatan Jossun qonşusu ilə mübahisə zamanı güllələnərək öldürülüb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin uzun müddətdir davam edən mübahisə zəminində baş verdiyi bildirilir.

Məhəllə sakinlərinin sözlərinə görə, Jossunun fevral ayında baş verən yanğında evi tamamilə yanıb. O, kömək məqsədilə ötən bazar günü yanmış evinə qayıdıb. İtinin skeletini görən aktyor əsəbiləşərək ətrafdakılara qışqırmağa başlayıb və bununla qonşusu Siqfredo Alvarez Ceja arasında mübahisə yaranıb.

Qısa müddət sonra Ceja avtomobilinə minib Jossunun yanına qayıdaraq ona atəş açıb və hadisə yerindən qaçıb. Hadisə yerinə çağırılan təcili yardım həkimləri aktyoru xilas edə bilməyib.

Məhəllə sakinləri bildiriblər ki, iki qonşu əvvəllər də tez-tez mübahisə edirdi. Həmçinin, Jossunun gecələr yüksək səslə qışqırdığı və polis çağırıldığı qeyd olunub. Qonşulardan bəziləri onun damda qazan və tavalarla səs-küy yaratdığına da şahidlik edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv