Qəzzada ölənlərin sayı bu qədər oldu

15:48 - 03 İyun 2025

Qəzzada ölənlərin sayı bu qədər oldu

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində ölənlərin sayı 54 510 nəfərə, yaralıların sayı isə 124 901 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Məlumata görə, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 40 mülki vətəndaş həlak olub, 208 nəfər yaralanıb.

Nazirlik həmçinin təcili yardım və mülki müdafiə təşkilatlarının çatmaqda çətinlik çəkdiyi bölgələrdə dağıntılar altında və yollarda cansız cəsədlərin olduğu barədə məlumat verib.

İsrailin martın 18-də Qəzza zolağında birtərəfli atəşkəsi pozmasından sonra isə həlak olanların sayı 4 240 nəfərə, yaralıların sayı isə 12 860 nəfərə yüksəlib.

Hadisələr bölgədə vəziyyətin daha da gərginləşdiyini göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv