Ağ Ev Donald Trampın əvvəlki portretlərdən fərqlənən yeni fotosunu nümayiş etdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni portret ABŞ-nin Eyzenhauer İcra hakimiyyətinin binasında asılıb.
Bu ilin əvvəlində prezidentin ofisi tərəfindən yayımlanan əvvəlki portretdə Tramp mavi qalstukda, üzündə parlaq ifadə ilə görünürdü və fonunda Amerika bayrağı yer alırdı.
Yeni portretdə isə Tramp qara fon qarşısında, mavi kostyum və qırmızı qalstukla, ifadəsiz üzlə təsvir edilib.
Hər iki portret Ağ Evin baş fotoqrafı Daniel Torok tərəfindən çəkilib. Ekspertlər Trampın yeni portretində əvvəlki gülümsəyən görüntüsündən fərqli olaraq daha ciddi və ifadəsiz göründüyünü qeyd edirlər.
Yeni portretdə Trampın pencəyinin yaxasında sancılmış Amerika bayrağı əvvəlki portretlə oxşarlıq təşkil edir.
Ağ Ev rəsmiləri yeni portretin rəsmi fotoqraf tərəfindən çəkildiyini təsdiqləyib.