Daha bir təyyarə qəzası - FOTO

18:24 - 03 İyun 2025

Daha bir təyyarə qəzası - FOTO

Türkiyənin Bilecik vilayətində təlim təyyarəsi qəzaya uğrayıb. 


Manset.az xəbər verir ki, Türkiyə mediası təyyarənin Bursadan havaya qalxdığını bildirib. 

İlkin ehtimallara görə, qəzanın səbəbi texniki nasazlıq olub.

22 yaşlı qadın pilot D.K. texniki problemlə üzləşdiyi üçün təyyarəni boş sahəyə endirməyə çalışıb. Lakin eniş zamanı idarəetməni itirən təyyarə tərsinə çevrilərək qəzaya uğrayıb.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv