Cənubi Koreyanın yeni prezidenti bəlli oldu

08:53 - 04 İyun 2025

Cənubi Koreyanın yeni prezidenti bəlli oldu

Cənubi Koreyada prezident Yun Suk Yeolun vəzifədən kənarlaşdırılması ilə nəticələnən hərbi vəziyyət böhranından sonra keçirilən növbədənkənar prezident seçkilərində Demokratik Partiyanın (DP) namizədi Li Çje Myunq qalib gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, səslərin təxminən 98,88 faizi hesablanıb və Li Çje Myunq seçicilərin 49,29 faizinin səsini qazanaraq ölkənin yeni prezidenti seçilib. Onun əsas rəqibi, hakim Xalq Gücü Partiyasının (PPP) namizədi Kim Mun Su isə 41,34 faiz səs toplayıb.

Xatırladaq ki, dekabrın 3-də prezident Yun Suk Yeol müxalifətin “dövlət əleyhinə fəaliyyət” göstərdiyini əsas gətirərək ölkədə hərbi vəziyyət elan edib. Milli Assambleya bu qərarın qanunsuz olduğunu bildirərək prezidentə qarşı impiçment proseduruna start verib. Səlahiyyətləri dayandırılan və 52 gün həbsdə saxlanılan Yun daha sonra azadlığa buraxılıb. Konstitusiya Məhkəməsi impiçment qərarını təsdiqlədikdən sonra Yun Suk Yeol vəzifəsindən rəsmi olaraq kənarlaşdırılıb.

Ölkə qanunvericiliyinə əsasən, prezidentin vəzifədən uzaqlaşdırılması halında 60 gün ərzində erkən seçkilər keçirilməlidir. Bu çərçivədə seçkilər iyunun 3-nə təyin olunub. Yerli vaxtla saat 06:00-da başlayan səsvermə 14 min 295 seçki məntəqəsində təşkil olunub. Seçkilərdə 44,39 milyon seçici iştirak etmək hüququna malik idi. Səslər saat 20:00-da məntəqələr bağlandıqdan sonra hesablanmağa başlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv