Türkiyənin Aydın vilayətinin Efeler rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər həyatını itirib, biri uşaq olmaqla 3 nəfər xəsarət alıb.
Hadisə iyunun 3-dən 4-nə keçən gecə saat 23:30 radələrində Aydın-Muğla avtomobil yolunun Çiftlikköy məhəlləsinin girişində qeydə alınıb. İlkin məlumata görə, Çinedən Efeler istiqamətində hərəkətdə olan Köksal Tayfun Akyüzün (47) idarə etdiyi 41 AIM 616 dövlət nömrə nişanlı minik avtomobili, Çiftlikköy məhəlləsindən əsas yola çıxmaq istəyən Mustafa Satıcının (66) idarə etdiyi 09 EG 282 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə yerinə dərhal xilasetmə, təcili tibbi yardım, və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində sürücülərdən Mustafa Satıcı hadisə yerində dünyasını dəyişib. Onunla eyni avtomobildə olan Mahmut Bengi (59) və digər avtomobildəki sərnişinlər – Xədicə Akyüz (46), Burak Akyüz (11) və Kamil Akyüz (46) isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, Mahmut Bengi xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.