Monteneqronun Budva şəhərində tətildə olan 19 yaşlı serb tələbə qəfil panikaya düşüb, təhlükəsizlik kəmərini açıb və hündürlükdən dənizə düşüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, dənizə düşən gənc həyatını itirib.
Gənc qız paraşütlə gedərkən təhlükəsizlik kəmərini açdıqdan sonra təxminən 50 metr yüksəklikdən dənizə yıxılaraq həyatını itirib və Radonjiçin bu anları təhlükəsizlik kamerasına əks olunub.
Parasailing uçuşu zamanı Radonjiçin niyə kəmərini açıb xilasedici jiletini çıxarması məlum deyil. Müxtəlif media mənbələri bunun bir anlıq qorxu və panika nəticəsində qeyri-ixtiyari ola biləcəyini iddia edib. Gənc tələbənin qəzadan əvvəl dəniz səviyyəsindən bir neçə yüz metr hündürlükdə olarkən belə heç bir təlaş və panika əlaməti göstərmədiyi, məşq və uçuş zamanı şən olduğu, ətrafdakılara əl yellədiyi qeyd edilib.
Gənc qızın ailəsi övladının intihara meylli olmadığını, hadisə zamanı qızlarının bibisi ilə tətildə olduğunu bildirib.