Abonentlər "Azercell"dən kütləvi şəkildə imtina edir: Digər operatorlara keçir - VİDEO

13:12 - 04 İyun 2025

Abonentlər \"Azercell\"dən kütləvi şəkildə imtina edir: Digər operatorlara keçir - VİDEO

Xəbər verdiyimiz kimi, mobil rabitə operatoru “Azercell” 2025-ci il iyulun 1-dən etibarən fakturasız nömrələr üçün yeni aktiv qalma müddəti qaydalarını tətbiq edəcəyini açıqlayıb. Bu dəyişiklik sosial şəbəkələrdə geniş rezonans doğurub və bir sıra istifadəçilər yeni şərtlərlə razı olmadıqlarını bildiriblər.


Mövzu ilə bağlı Sorğu TV şəhər sakinlərinin fikrini öyrənib.

Sakinlər yeni tariflərlə razı olmadıqlarını və bu səbəbdən “Azercell”dən imtina edərək digər mobil operatorlardan istifadə edəcəklərini bildiriblər. Onlar qiymətlərin büdcələrinə uyğun gəlmədiyini və yeni şərtlərin haqsız olduğunu vurğulayıblar.

Bəzi vətəndaşlar isə bu qərarı açıq şəkildə “biabırçılıq” adlandırıblar.

Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv