2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 54 min 677 nəfərə yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində bölgədə daha 70 nəfərin öldüyü qeydə alınıb. Onlardan 3 nəfərin əvvəlki hücumlar zamanı həyatını itirdiyi və cəsədlərinin dağıntılar altından yeni tapıldığı bildirilib. Həmçinin son sutka ərzində 189 nəfərin yaralandığı qeyd olunub.
Təcili tibbi yardım və mülki müdafiə qüvvələrinin hələ də çata bilmədiyi bəzi ərazilərdə cansız cəsədlərin olduğu bildirilir. Bu da itki sayının daha da arta biləcəyi ehtimalını gücləndirir.
Xatırladaq ki, martın 18-də İsrailin Qəzza zolağında elan edilmiş atəşkəsi birtərəfli qaydada pozmasından sonra bölgədə vəziyyət daha da gərginləşib. Həmin tarixdən etibarən hücumlar nəticəsində daha 4 min 402 nəfər həyatını itirib, 13 min 489 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda bölgədə humanitar vəziyyət son dərəcə kritik olaraq qalır.