Bu gün səhər saatlarında Antalyanın Qazipaşa bölgəsində zəlzələ qeydə alınıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə AFAD açıqlama yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:32-də baş verib. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi isə 67 kilometr olaraq ölçülüb.
Hazırda hadisə ilə bağlı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.