Bu ölkədə qurban kəsmək qadağan edildi

09:24 - 05 İyun 2025

Bu ölkədə qurban kəsmək qadağan edildi

Mərakeş hökuməti Qurban bayramı ərəfəsində ölkədə heyvan bazarlarının fəaliyyətini dayandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qərar son illərdə davam edən quraqlıq və heyvan ehtiyatlarının azalması ilə əlaqələndirilib.

Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərinin yerli idarələrə göndərdiyi təlimata əsasən, ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanıb. Qurbanlıq heyvanların satışı və kəsilməsi ilə bağlı bütün ticarət fəaliyyəti dayandırılıb.

Hökumət qərarın quraqlıq, heyvan sayının kəskin azalması və artan xərclər səbəbilə qəbul edildiyini açıqlayıb. Qeyd olunur ki, son 7 ildə davam edən şiddətli quraqlıq nəticəsində heyvan ehtiyatları 38 faiz azalıb. Yağıntı səviyyəsi isə son 30 ilin orta göstəricisindən 53 faiz aşağı olub.

Qanunsuz heyvan satışının qarşısını almaq məqsədilə bəzi bölgələrdə nəzarət tədbirləri gücləndirilib.

Mərakeş kralı VI Məhəmməd bu ilin fevral ayında verdiyi bəyanatda vətəndaşları mövcud çətinliklər fonunda qurban kəsməkdən çəkinməyə çağırıb. Kral qurban kəsməyin İslamda mühüm sünnə olduğunu vurğulasa da, bu mərasimin sosial baxımdan aztəminatlı ailələr üçün ağır yükə çevrilə biləcəyini qeyd edib. Kral Mərakeş xalqı adından simvolik olaraq qurban kəsəcəyini də bəyan edib.

Qeyd edək ki, Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də oxşar səbəblərlə qurban kəsməkdən çəkinmə çağırışları olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv