Nigeriyada torpaq sürüşməsi - 11 uşaq həyatını itirdi

09:57 - 05 İyun 2025

Nigeriyada torpaq sürüşməsi - 11 uşaq həyatını itirdi

Nigeriyanın Kaduna əyalətində baş vermiş torpaq sürüşməsi faciə ilə nəticələnib.


Manset.az xəbər verir ki, əyalətin Yardoka kəndi yaxınlığında qum çuxurunda qazıntı aparan uşaqlar torpaq yığınlarının altında qalıb.

Kaduna əyalət polis idarəsinin mətbuat katibi Mansir Həsən hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, torpaq sürüşməsi nəticəsində azı 11 uşaq həyatını itirib, daha 7 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, uşaqlar hadisə zamanı qum çıxarmaqla məşğul olublar. Səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin ehtimallara görə, uşaqların bu işlərə cəlb olunması qeyri-qanuni əmək halı ola bilər.

Hazırda hadisə yerində xilasetmə və araşdırma işləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv