Tom Kruz Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

14:45 - 06 İyun 2025

Tom Kruz Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

Məşhur Hollivud aktyoru Tom Kruz "Mission Impossible - The Final Reckoning" filminin çəkiliş meydançasında icra etdiyi kaskadyorluq hərəkəti ilə Ginnesin Rekordlar Kitabına düşüb.


Manset.az xəbər verir ki, bu barədə məlumat Ginnesin Rekordlar Kitabının rəsmi saytında dərc edilib.

Belə ki, çəkilişlər zamanı aktyor yandırıcı qarışığa batırılmış paraşütlə helikopterdən 16 dəfə tullanıb.

Qeyd olunur ki, indiyə qədər heç bir aktyor və ya kaskadyor bu qədər ölümcül təhlükəli olan hərəkəti davamlı təkrar etməyib.

Ginnesin Rekordlar Kitabının baş redaktoru Kreyq Qlendey Kruzun fədakarlığına heyran olduğunu bildirib və qeyd edib ki, onun uğuru T.Kruzun aktyor tərəfindən icra edilən hərəkətlərin həqiqiliyinə böyük əhəmiyyət verməsi ilə bağlıdır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv