Lotereyadan 40 milyon dollar uddu - Stomatoloqda öldü

18:55 - 06 İyun 2025

Lotereyadan 40 milyon dollar uddu - Stomatoloqda öldü

Braziliyada lotereyada 40 milyon dollar qazanan şəxs 5 gün sonra diş həkiminə gedib və müalicə zamanı dünyasını dəyişib.


Manset.az Lent.az-a istinadla bildirir ki, hadisə Mato Qrosso əyalətinin Kuyaba şəhərində baş verib. 73 yaşlı xəstə Antonio Lopes de Siqueira diş əməliyyatı zamanı dünyasını dəyişib. 25 gün əvvəl bu adam “Mega-Sena” lotereyasında 40 milyon dollardan çox udaraq, geniş şəkildə "kənd milyonçusu" kimi tanınıb.

İstintaqın məlumatına görə, həkim peşə standartlarını pozub, xəstəyə lazımi tibbi yardım göstərməyib. Prosedur zamanı adamın tənəffüsü və ürəyi dayanıb, bu da sonradan ölümlə nəticələnib.

Polis müəyyən edib ki, xəstənin şəkərli diabet, hipertoniya və ürək problemləri kimi xroniki xəstəlikləri olmasına baxmayaraq, həyati əlamətlərinin yoxlanılmayıb və həddən artıq anesteziyadan istifadə də daxil olmaqla ciddi səhvlərə yol verilib.

Bundan əlavə, klinikanın əsas təcili tibbi yardım avadanlıqları ilə təchiz olunmadığı - xüsusən də defibrillyator və digər zəruri alətlərin olmadığı qeyd edilib. Əməliyyatdan sonra gözləmə zalında xəstənin vəziyyəti pisləşməyə başlayıb, lakin ona vaxtında kömək göstərilməyib.

Həmçinin qeyd edilir ki, istintaq Antonionun uduşları ilə sonrakı faciə arasında heç bir əlaqə aşkar etməyib - ölüm digər halların deyil, həkim səhlənkarlığının nəticəsidir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv