Rusiyanın paytaxtı Moskvada 2 yaşlı uşaq 9-cu mərtəbədən yıxılıb.
Manset.az Lent.az-a istinadla bildirir ki, hadisə iyunun 9-da Nansen küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib. İki yaşlı uşaq ağcaqanad toruna söykənib və onunla birgə 9-cu mərtəbədən suya düşüb.
Zərərçəkmiş şəhər xəstəxanalarından birinə yerləşdirilib. Onun aldığı xəsarətlər və vəziyyəti barədə məlumat yoxdur.
Faktla bağlı prokurorluq araşdırma aparır.