Dünya bazarında neftin QİYMƏTİ

09:31 - 07 İyun 2025

Dünya bazarında neftin QİYMƏTİ

Dünya bazarlarında neft 1 dollardan çox bahalaşıb.


Manset.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 1,73% və ya 1,13 dollar artaraq 1 barelə görə 66,47 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,91% və ya 1,21 dollar artaraq 1 barelə görə 64,58 ABŞ dollarına yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv