Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıqların kəsilməsi zamanı xəsarət alıb.
Manset.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.
"Bayramının ilk günündə 81 vilayətdə ümumilikdə 14 372 nəfər, həmçinin Ankarada 1 049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 və Manisada 572 nəfər qurban kəsimi zamanı aldıqları xəsarətlərlə əlaqədar tibb müəssisələrimizə müraciət edib", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Memişoğlu vətəndaşlara ciddi xəbərdarlıq edərək, qurban kəsimi mərasimlərinin mütləq peşəkarlar tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayıb.