Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonu sahillərində 5.2 bal gücündə zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" hesabında məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yunanıstanın Ayion Oros bölgəsində, Gökçeadadan 130 kilometr məsafədə yerləşib.
Zəlzələ yerli vaxtla saat 15:46-da 7 kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar Çanaqqala, İzmir, Aydın və ətraf ərazilərdə, həmçinin Egey və Mərmərə bölgələrində hiss olunub.