ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.
Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.
“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.
Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.