Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin rəsmi şəxsləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin sahibi Donald Trampdan daha yaxşı tanıyırlar.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu ABC telekanalına müsahibəsində bildirib.
O deyib: "Prezident Trampa bütün ehtiramıma baxmayaraq, düşünürəm ki, bu (Rusiyanın sülhə hazır olması - red.), yalnız onun şəxsi fikridir. İnanın ki, biz rusları, onların mentalitetini amerikalılardan daha yaxşı başa düşürük".
Ukrayna prezidentinin fikrincə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.