İsrail ordusunun Qəzza zolağına hücumları davam edir. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hücumlar nəticəsində ölənlərin sayı 57 762 nəfərə yüksəlib.
Manset.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 82 nəfərin öldüyünü və 247 nəfərin yaralandığını açıqlayıb.
Bildirilir ki, bu müddət ərzində yardım paylanması zamanı 9 nəfər həyatını itirib, 78-dən çox insan isə yaralanıb. Yardım paylanması zamanı baş verən hücumlarda ölənlərin ümumi sayı 782-ə, yaralıların sayı isə 5179-a çatıb.
İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən bu yana ölənlərin sayı 7200-ə, yaralıların sayı isə 25615-ə yüksəlib.
2023-cü il oktyabrın 7-dən bu yana isə İsrailin Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 57 762, yaralananların sayı isə 137 656 olub.