NASA-nın "Perseverance" aparatı Marsda tarix yazdı

12:10 - 15 İyul 2025

NASA-nın \"Perseverance\" aparatı Marsda tarix yazdı

NASA-nın Perseverance aparatı 19 iyun tarixində Marsda rekord səyahət edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 411 metr məsafəni keçərək, indiyə qədər başqa bir planetdə qət edilən ən uzun məsafəni başa vurub.

Bu rekord, daha əvvəlki missiyalarla müqayisədə Perseverance-in sürətini bir daha sübut edir.

2021-ci ildən bəri Marsda fəaliyyət göstərən aparatı, Jezero kraterinin yaxınlığında yerləşən Krokodillen yaylasında gilli qaya nümunələri axtarır. Bu ərazidə tapılan minerallar, Marsda keçmişdə su olduğuna və üzvi maddələrin qorunduğuna işarə edir.

Perseverance, ümumilikdə 36 kilometr yol qət edib və bu sürətlə yaxın zamanda Opportunity roverinin 40 kilometrlik rekordunu qıracağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az