Məşhur aktyor Emre Törün vəfat edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan və əvvəlcə bu xəstəliyi məğlub edən aktyor Emre Törün, xəstəliyin təkrarlanaraq qaraciyərinə keçməsi nəticəsində dünyasını dəyişib.
Sonuncu dəfə "Hudutsuz Sevda" serialında "Şeref" obrazını canlandıran Emre Törün, səhhətinin pisləşməsindən sonra ailəsinin istəyi ilə Akçaya aparılıb. Lakin onun müalicəsi uğursuz olub.
O, aktyorluq karyerasına 1996-cı ildə başlayıb və ilk dəfə "Kara Mələk" serialında çəkilib. Dörd mövsüm boyunca bu serialda rol alıb. Daha sonra bir çox film və televiziya layihələrində yer alıb.
Emre Törün, 2015-2017-ci illər arasında yayımlanan "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında kəşfiyyatçı Nevzat Çankırılı obrazını canlandırıb və bu rolu ilə böyük məşhurluq qazanıb.