Bu ölkədə səsvermə yaşı 16-ya endirildi

15:36 - 17 İyul 2025

Bu ölkədə səsvermə yaşı 16-ya endirildi

Böyük Britaniya hökuməti, növbəti ümumi seçkilərdə səsvermə yaşını 18-dən 16-ya endirəcəyini açıqlayıb.


Manset.az xəbər verir ki, bu addım, gənclərin demokratik iştirakını artırmaq və siyasətdə daha fəal olmalarını təmin etmək məqsədi güdür.

İngiltərə Baş naziri müavini Angela Rayner bildirib ki, bu islahat, ictimai inamı bərpa edəcək və daha çox insanın demokratiyada iştirak etməsini təmin edəcək. Növbəti seçkilərdə təxminən 1,5 milyon 16 və 17 yaşlı gənc səs verə biləcək.

Hal-hazırda, Şotlandiya və Uelsdə 16 yaşlılar seçkiyə qatılır, İngiltərə və Şimali İrlandiyada isə səsvermə yaşı 18-dir. Səsvermə yaşı son dəfə 1969-cu ildə 21-dən 18-ə endirilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az