Qərbi Afrika ölkələrindən biri olan Qanada meymun çiçəyi virusuna (mpox) yoluxanların sayı 197-yə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, may ayından bəri 11 yeni yoluxma halı aşkar edilib.
GHS rəqəmlərin sabit olduğunu, lakin diqqətli olunması lazım olduğunu bildirib.
Həmçinin, virusla mübarizə məqsədilə maarifləndirmə və peyvənd kampaniyaları aparılır.