Bu gecə İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Zəlzələnin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 kilometr şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.