Banqladeşin paytaxtı Dəkkədə hərbi hava qüvvələrinə məxsus F-7 təyyarəsi məktəb şəhərciyinə çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər həyatını itirib.
Səlahiyyətlilər, yaralıların əksəriyyətinin uşaq olduğunu və 60 nəfərin xəstəxanaya aparıldığını bildirib. Banqladeş Keçid Hökumətinin baş müşaviri Məhəmməd Yunus, qəzadan kədərləndiyini və araşdırmalara başlanacağını açıqlayıb.