Mercedes-Benz, təhlükəsizlik yastığındakı problem səbəbindən dünya üzrə 223.000 kommersiya avtomobilini geri çağırır.
Manset.az xəbər verir ki, Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin məlumatına görə, 60.246 avtomobil yalnız Almaniyada geri çağırılacaq.
Problem, 2002-ci ilin dekabrı ilə 2006-cı ilin fevralı arasında istehsal edilən Viano və Vito modellərində təhlükəsizlik yastığının düzgün işləməməsindən irəli gəlir.
Bu, qaz generatorunun partlamasına və nəticədə sərnişinlərə ciddi xəsarət riskinə səbəb ola bilər. Mercedes-Benz, avtomobil sahiblərini servis mərkəzlərinə müraciət etməyə çağırır