İyulun 25-də İstanbulda keçiriləcək nüvə müzakirələri ilə bağlı Çin mövqeyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, İranın nüvə fəaliyyətləri yalnız diplomatik yollarla həll oluna bilər.
Manset.az xəbər verir ki, bu barədə məlumatı "Global Times" qəzeti yayıb.
Pekində keçirilən mətbuat konfransında çıxış edən Quo, İranın nüvə fəaliyyətlərinin Yaxın Şərqdə sülh və təhlükəsizliyi təhdid etdiyini və beynəlxalq silahların yayılmaması səylərində narahatlıq doğurduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, bu məsələnin həlli üçün ən effektiv və yeganə yol diplomatiyadır.
Quo bütün tərəfləri danışıqlarda irəliləyiş əldə etmək üçün səy göstərməyə çağırıb. Xatırladaq ki, İran dövlət televiziyası da İran, Böyük Britaniya, Fransa və Almaniya arasında İstanbulda keçiriləcək nüvə müzakirələrinin iyulun 25-də başlanacağını açıqlayıb.