ABŞ-ın Kolorado ştatında bəzi vəhşi dovşanların başında “buynuz”a bənzər çıxıntılar müşahidə olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu hal, "cottontail dovşanı papillomavirusu" adlı bir virusun səbəb olduğu dəri şişlərindən qaynaqlanır. Virus adətən baş nahiyəsində qaralmış düyünlər şəklində yaranır və böyüyərək buynuza oxşar formaya düşə bilər.
Virus adətən dovşanlar üçün ölümcül deyil, lakin yemək və su qəbulunu çətinləşdirərsə təhlükəli ola bilər. Ev şəraitində saxlanılan dovşanlar da virusa yoluxa bilər və bu halda xəstəlik daha ağır keçir, baytar müdaxiləsi tələb olunur.
Rəsmilər virusa yoluxmuş dovşanlara toxunmamağı və yalnız ağır vəziyyətdə olanların baytar nəzarətində uyudulmasını tövsiyə edir.