Məşhur sənətçinin yaxın dostundan açıqlama - "İnternetdə yayılanlara inanmayın"

11:25 - 20 Oktyabr 2025

Məşhur sənətçinin yaxın dostundan açıqlama - \"İnternetdə yayılanlara inanmayın\"

Evində infarkt keçirərək hazırda reanimasiyada olan tanınmış sənətçi Fatih Ürekin səhhəti ilə bağlı yeni açıqlama yaxın dostu İzzet Çapadan gəlib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzzet Çapa sosial mediada yayılan iddialara "Lütfən, internetdə yayılan söz-söhbətlərə inanmayın, beyin ölümü deyil. Fatehin ürəyi güclüdür, dözümü yaxşıdır" - deyə bildirib.

Qeyd edək ki, evdə infarkt keçirən və ürəyi dayandıqdan sonra yenidən özünə gələn 59 yaşlı Fatih Ürek reanimasiyadadır. Beyin sapının zədələnməsi iddiaları üzə çıxsa da, tanınmış sənətçinin həkim qrupu onun müalicəsini ciddi şəkildə davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az