Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə hərbi nəqliyyat təyyarəsində həlak olan sonuncu şəhidin nəşi axtarış prosesləri nəticəsində tapılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da qəzanın baş verdiyi ərazidə axtarış prosesləri yekunlaşıb.
Son məlumatlara görə, təyyarədə olan 20 nəfərin də nəşi artıq tapılıb.