Bir dövrün unudulmaz filmi "Mavi Göl"də 14 yaşında kamera qarşısına keçən Brooke Shields, təbii gözəlliyi ilə yaddaşlarda iz buraxmışdı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, aradan illər keçsə də, 60 yaşına çatmış məşhur ulduzun son görünüşü gündəm oldu.
Fırtınalı sevgi həyatı və yaşadığı evliliklərlə mətbuatın ən çox danışılan simalarından biri olan Brooke Shields, "Mavi Göl" filmi ilə böyük bir pərəstişkar kütləsi qazandı. Teatrda da performansı, kinoda olduğu qədər bəyənilmişdi.